...

Ərdoğan: Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2011 03:08 (UTC +04:00)
Azərbaycan torpaqlarının illərdir davam edən haqqsız işğalına son qoyulmalıdır, bunu cümə axşamı BMT-nin Baş Assambleyasında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan: Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycan torpaqlarının illərdir davam edən haqsız işğalına son qoyulmalıdır, bunu cümə axşamı BMT-nin Baş Assambleyasında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Trend-in Haber7 xəbərlər portalına istinadən verdiyi məlumata görə, "Dağlıq Qarabağ məsələsinin bu şəkildə həll olunmadan qalması qəbulolunmazdır", deyə Ərdoğan bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti