Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/
İyunun 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın müdafiə nazirinin müavini Endryu Marrisonu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsinin zəruriliyi və bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir qeyd edib ki, Azərbaycan torpaqlarının işğal faktı davam etdikcə regionda sülhün bərqərar olması mümkünsüzdür.