...

Ermənilər "Olimpiya barışığı"na məhəl qoymamaqda davam edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2014 09:18 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənilər "Olimpiya barışığı"na məhəl qoymamaqda davam edirlər

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qeyd etmişdi ki, Azərbaycan və Ermənistan prezidentləri Soçi Qış Olimpiya Oyunları dövründə atəşkəs rejiminə sadiq qalacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti