...

Cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2014 09:24 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs pozulub

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti