...

Cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2014 09:36 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs pozulub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti