...

Lavrov: Bakıda Qarabağ üzrə keçirilmiş danışıqlar irəliləməyə imkan verəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2016 11:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət olduqca faydalı idi və Vyana ilə Sankt-Peterburq görüşlərindən sonra irəliləməyə kömək edəcək.
Lavrov: Bakıda Qarabağ üzrə keçirilmiş danışıqlar irəliləməyə imkan verəcək

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət olduqca faydalı idi və Vyana ilə Sankt-Peterburq görüşlərindən sonra irəliləməyə kömək edəcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Rusiya və Azərbaycan əlaqələri tərəfdaşlıq xarakteri daşıyır: "Biz siyasi səviyyədə intensiv dialoq aparırıq, iki ölkə arasında ticari-iqtisadi münasibətlər xüsusi diqqət tələb edir".

Onun sözlərinə görə, humanitar sahədə əməkdaşlığın dinamikası da qənaətbəxşdir.

S.Lavrov qeyd edib ki, məlum səbəblərə görə Dağlıq Qarabağ üzrə görüşün təfərrüatları müzakirə olunmur: "Ümidlərin artdığı bir vaxtda irəliləyişi pozmamaq üçün məsələlərə ehtiyatla yanaşmaq lazımdır. Bu, istənilən diplomatik korpusun etik normasıdır. Lakin bu gün nailiyyətə əvvəlkindən daha çox yaxın olduğumuzu güman etməyə əsas var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti