...

Fuad Axundov: Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan işğal edilmiş ərazilərini mütləq geri alacaq (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2017 11:17 (UTC +04:00)
"Lakin bu illər ərzində qondarma rejimi heç bir ölkə, o cümlədən Ermənistan özü tanımayıb".
Fuad Axundov: Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan işğal edilmiş ərazilərini mütləq geri alacaq (YENİLƏNİB)

Bakı. Səba Ağayeva, Elçin Mehdiyev - Trend:

"25 ildən çoxdur ki, Ermənistan rəhbərliyi guya dünyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyini" tanımağa başladığını bəyan edərək öz xalqını aldadır. Lakin bu illər ərzində qondarma rejimi heç bir ölkə, o cümlədən Ermənistan özü tanımayıb".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

F.Axundov qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib: "Müqayisə üçün: faşist Almaniyası SSRİ ərazisinin cəmi 9 faizini işğal etmişdi".

Onun sözlərinə görə, əgər müharibənin əvvəlində Ermənistanda Azərbaycanın bu əraziləri güzəştə gedəcəyinə və onları qaytarmağı tələb etməyəcəyinə inanırdılarsa, bu gün bu mif artıq dağılıb:

"Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan öz işğal edilmiş ərazilərini mütləq geri alacaq".

PA rəsmisi qeyd edib ki, gbu gün tarixçi-araşdırmaçılar saxta erməni tarixşünaslığı ilə bağlı mövqelərini bildirməlidirlər:

"Serj Sarkisyan dünyada yeganə prezidentdir ki, uğrunda mübarizə apardığı rəsmi tarixşünaslığın məqamlarından xəbərsizdir. O bu barədə Poznerə (rusiyalı jurnalist, teleaparıcı Vladimir Poznes - red.) müsahibəsində danışıb".

F.Xundov bildirib ki, Dağlıq Qarabağdakı insanlar terror qorxusu altındadırlar, lakin bu gün regiondan kənarda yaşayan ermənilər nizamlanma prosesinə fəal cəlb olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti