...

ATƏT Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2018 10:44 (UTC +04:00)
ATƏT Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirəcək.
ATƏT Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirəcək

Bakı. Trend:

Azərbaycan və Ermənistanın dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti