...

Avropa Şurasının Baş katibi Dağlıq Qarabağda gərginliyi dayandırmaq üçün səy göstərməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2020 16:33 (UTC +04:00)
Avropa Şurasının Baş katibi Dağlıq Qarabağda gərginliyi dayandırmaq üçün səy göstərməyə çağırıb

Bakı. Trend:

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edib.

Trend bu barədə Avropa Şurasına istinadən məlumat verir.

Bəyanatda qeyd olunur: "Dağlıq Qarabağ münaqişəsinin hərbi eskalasiyası ilə əlaqədar ciddi narahatlığımı ifadə edirəm. Üzv dövlətlərimizi - Ermənistanı və Azərbaycanı məsuliyyətli olmağa, təmkinli davranmağa və dərhal hərbi əməliyyatları dayandırmağa çağırıram. Avropa Şurasına qoşularkən hər iki ölkə münaqişənin sülh yolu ilə həll edilməsinə dair öhdəlik götürüb və bu öhdəliyə ciddi şəkildə əməl olunmalıdır. Bu çətin zamanda mülki insanlar, o cümlədən özlərini yenidən həssas hiss edən uşaqlar, qadınlar və qocalar, eləcə də münaqişədən əziyyət çəkən hər kəs barədə düşünürəm. Avropa Şurası adından iki üzv dövlətimizin rəhbərlərini insan həyatını qorumaq və hərbi münaqişələrdə iştirak etməmək üçün mümkün olan hər şeyi etməyə çağırıram. Eskalasiyanı dayandırmaq üçün hər cür səy göstərilməlidir”.

O, bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədrlərinə üzv ölkələrə bu münaqişənin sülh yolu ilə həll edilməsinə kömək etmək üçün etdikləri işlərdə dəstək olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti