...

Dünya Müsəlmanları Liqası nümayəndə heyətinin başçısı: "İKT ölkələri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2006 11:09 (UTC +04:00)

"İslam Konfransı Təşkilatına üzv ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir". Trend in ATI telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Dünya Müsəlmanları Liqası nümayəndə heyətinin rəhbəri Əbdürrəhman ibn Abdulla Əl Zeyd bəyan edib.

"Bütün müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir. Hesab edirəm ki, münaqişə Azərbaycan xalqının hüquqlarının qorunması çərçivəsində həll olunmalıdır. Bütün müsəlman ölkələri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyir və biz inanırıq ki, yaxın gələcəkdə münaqişə ölkənin ərazi bütövlüyü əsasında öz həllini tapacaq",- deyə o bildirib.

Ə.Əl Zeyd qeyd edib ki, təşkilatın Azərbaycandakı ofisi Dağlıq Qarabağ münaqişəsi üzrə fəal araşdırmalar aparır və lazım gələrsə Liqa bu problemin həllində köməklik göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti