...

Türkiyədə ermənilərin türk və Azərbaycan xalqlarına qarşı törətdiyi cinayətlərin foto-sərgisi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2006 14:18 (UTC +04:00)

Türkiyənin Manis şəhərinin Həmrəylik və Mədəniyyət Cəmiyyəti (AZERDER) erməni millətçilərinin türk xalqına qarşı törətdiyi tarixi faktlara həsr olunmuş fotosərgi təşkil edib. Trend in xəbər verdiyi kimi, sərgi Türkiyədə Respublika Gününün 83-cü ildönümündə açılıb.

Stendlərdə Osmanlı imperiyası zamanında "erməni soyqrımı" ilə bağlı bəyanatların əsassızlığını əyani şəkildə nümayiş etdirən fotoşəkillər və arxiv materialları təqdim olunub.

Sərgidə ermənilərin Azərbaycanın rayon və şəhərlərində - Xocalı, Kəlbəcər, Şuşa, Laçın, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlıda dinc əhaliyə divan tutmuş erməni vandalizminə ayrıca guşə ayrılıb.

Sərginin açılışında Azərbaycandan olan musiqiçilər qrupu çıxış edib. Xüsusilə pianoçu Təranə Abbaszadə və tarzən Arif Azərtürk sürəkli alqışlarla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti