...

Ermənistanın XİN başçısı ATƏT MQ həmsədrləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2007 17:54 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan fevralın 15-də Parisdə ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb. Bu barədə Ermənistan XİN-in mətbuat katibinin vəzifəsini icra edən Vladimir Karapetyan məlumat verib.

Onun sözlərinə görə, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının, bu istiqamətdə gələcək addımların, eləcə də danışıqlar masasında olan münaqişənin nizamlanmasının prinsip və təkliflərinin hazırki mərhələsinə toxunublar. Tərəflər həmçinin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşünün vaxtı ilə bağlı məsələlərə də toxunublar. Bu barədə Trend www.regnum.ru saytına istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 14-dən 15-dək Parisdə ATƏT MQ həmsədrləri Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), eləcə də ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik növbəti məsləhətləşmələr aparıblar. Həmçinin xatırladaq ki, həmsədrlər Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü martın əvvəlində təşkil etməyi nəzərdə tutublar.

Xəbər lenti

Xəbər lenti