...

Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2007 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu gün saat 00.05-dən 00.45-dək Ermənistanın Berd rayonu Masesqox kəndinin 1,4 kilometr şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Tovuz rayonu paytaxt Bakıdan 460 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti