...

Gürcü deputat: " Rusiya Dövlət Dumasının bəyanatı "düşmən dövlətin" sənədidir"

Siyasət Materials 2 Oktyabr 2007 20:43 (UTC +04:00)
Gürcü deputat: " Rusiya Dövlət Dumasının bəyanatı "düşmən dövlətin" sənədidir"

Gürcüstan, Tiflis/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın eks-müdafiə nazirinin həbsinin əleyhinə Rusiyanın etiraz bəyanatı "düşmən dövlətin" sənədidir. Bunu parlament çoxluğu liderlərindən biri Qiqa Bokeriya bildirib.

Çərşənbə axşamı Rusiya Dövlət Duması Gürcüstana dair bəyanat qəbul edib ki, burda da Gürcüstanda insan haqlarının pozulması ilə əlaqədar etirazını ifadə edir və müxalifətin tərəfini saxlayır. Bəyanatda Gürcühstanın eks-müdafiə naziri İrakli Okruaşvilinin həbs olunmasına da etiraz bildirilib. "Bu sənəd Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanıb",-deyə bu gün Gürcüstan parlamentində hakim "Vahid milli hərəkat" partiyasının liderlərindən biri jurnaslistlərə bəyan edib.

"Bu qətnamə gürcü siyasətçiləri və cəmiyyəti üçün bir siqnal olmalıdır ki, Rusiya bu cür üsullarla Gürcüstandakı stabilliyi pozmağa çalışır",-deyə Bokeriya bildirib.

"Biz hamımız gözəl bilirik ki, Rusiya Dövlət Duması düşmən qüvvədir, təəssüf ki, biz də Rusiya tərəfinə güzəştə getmək niyyətində deyilik",-deyə bildirən Qiqa Bokeriya Rusiyanın bu vəziyyətdə özünü necə aşkara çıxarmağa qərar verməsinə təəccübləndiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti