...

Düşənbədə MDB dövlət başçılarının sammiti keçiriləcək

Siyasət Materials 5 Oktyabr 2007 01:28 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend , müx . S.Ağayeva / Cümə günü Düşənbədə Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının sammiti başlanacaq . İclasın gündəliyində 19 məsələ dayanır ki , bu məsələlərin sırasına Müstəqil Dövlətlər Birliyinin gələcək inkişaf konsepsiyası və onun reallaşması ilə bağlı əsas tədbirlər planı, MDB-nin iştirakçı dövlətələrinin razılaşdırılmış miqrasiya siyasəti ilə bağlı təklifləri və s. daxildir .

Dövlət başçıları MDB-yə üzv dövlətlərin miqrasiya orqanlarının rəhbərlərindən ibarət Şuranın yaradılması barədə sazişi , MDB-yə üzv dövlətlərin sərhəd orqanlarının sərhədlərdə baş verən böhranlı vəziyyətin yaranması və onun aradan qaldırılması zamanı birgə fəaliyyətlə bağlı müddəanın təsdiq edilməsinə dair protokolu, birlik üzvlərinin cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı birgə mübarizəsi barədə müqaviləni , cinayətkarlıq və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq proqramını , MDB dövətlərinin mədəni dəyərlərinin oğurlanmasına qarşı mübarizə və onların geri qaytarılması sahəsindəki əməkdaşlığa dair sazişi və s. sənədləri imzalayacaqlar .

Azərbaycan sammitdə yüksək səviyyədə təmsil olunacaq . Azərbaycan prezidenti İlham Əliyev birliyin dövlət başçıları Şurasının iclasında iştirak edəcək . Dövlət başçısı birlik ölkələrinin prezidentləri ilə görüşlər keçirməyi planlaşdırır .

Xəbər lenti

Xəbər lenti