...

UNICEF İtaliya hökümətilə birgə azərbaycan uşaqlarına yardım edəcək

Siyasət Materials 5 Oktyabr 2007 22:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Ramazanova/ UNICEF İtaliya hökümətilə birgə uşaqlara qayğının artırılması proqramı çərçivəsində Azərbaycana yardım etmək niyyətindədir.

Cümə günü İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşa jurnalistlərə bildirib ki, oktyabrın sonunda bu proqramı öyrənmək üçün Azərbaycan hökümətinin nümayəndə heyəti Florensiyaya yola düşəcək.

Diplomat deyib ki, azərbaycan nümayəndə heyəti yüksək səviyyəli olacaq, və görüş və müzakirələrdə UNICEF-in həyata keçirdiyi uşaqlara qayğının artırılması proqramına baxılacaq.

Xəbər lenti

Xəbər lenti