...

AŞ və İFES Azərbaycanın siyasi partiyaları ilə birlikdə seçki məsələlərini müzakirə edəcək

Siyasət Materials 6 Oktyabr 2007 00:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Cümə günü Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisi və Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) Azərbaycanın bir sıra siyasi partiyalarının iştirakı ilə qeyri-rəsmi xarakterli görüş keçirmişlər.

Avropa Şurasının Azərbaycandakı ofisindən Trend ə verilən məlumata görə, görüş iştirakçılara seçki komissiyalarının tərkibi məsələsinin müzakirə ediləcəyi nəzərdə tutulan 9 Noyabr 2007-ci il tarixində keçiriləcək dəyirmi masanın təşkili haqqında məlumat vermək üçün təşkil edilmişdir. Hakimiyyət, siyasi partiya və vətəndaş cəmiyyətinin nümayəndələri dəyirmi masaya dəvət olunacaqlar. G örüşdən əvvəl mətbuat konfransı keçiriləcək .

Xəbər lenti

Xəbər lenti