...

Nazir müavini: "BŞBPİ-yə rəis təyin olunmaq üçün, yəqin ki, nazirin namizədi var"

Siyasət Materials 19 Oktyabr 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəisin təyin olunması üçün daxili işlər naziri Ramil Üsubovun namizədi, yəqin ki, var və bu barədə prezidentə məruzə olunacaq. Cümə günü Bakıda jurnalistlərə açıqlamasında daxili işlər nazirinin müavini, general Vilayət Eyvazov belə deyib.

"BŞBPİ böyük qurumdur və yəqin ki, nazirin, kollektivin içindən rəis vəzivəsinə təyin olunacaq namizədi var", -deyə nazir müavini əlavə edib.

BŞBPİ-nin keçmiş rəisi Məhərrəm Əliyev dörd ay əvvəl vəzifəsindən istefa verib. BŞBPİ-nin rəisi vəzifəsini İdarənin rəis müavini general Yaşar Əliyev həyata keçirir.

Eyvazov vurğulayıb ki, BŞBPİ-nin rəisi vəzifəsinin boş olması ümumi işə mənfi təsir etmir: "Orada kifayət gədər peşəkar şəxslər çalışır və BŞBPİ-nin işi indi daha yaxşı və müasir tələblərə uyğun qurulub. Rəisin təyin olunması texniki məsələdir". Eyvazov BŞBPİ-də aparılan struktur dəyişikliklərinə də toxunub, qeyd edib ki, BŞBPİ-nin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin ləğv olunması Bakıda Respublika əhəmiyətli eyni qurumun fəaliyət göstərməsi ilə bağlıdır. Nazir müavini onu da bildirib ki, BŞBPİ cinayət- axtarış idarəsinə yeni rəis təyin olunub. Bir idarə və bir şöbə rəisi vəzifəsi boşdur. Onlara da yaxın günlərdə rəis təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti