...

Rauf Arifoğlu Müsavat Partiyasının yeni qoşulduğu qurumdan çıxmasını təklif edib

Siyasət Materials 25 Oktyabr 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müsavat Partiyasının üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu partiyanın başqanı İsa Qəmbərə, Müsavatın yenicə qoşulduğu Avropa Liberal Demokratik İslahat Partiyaları İttifaqından (ALDİPİ) çıxmasını təklif edib. Bu barədə cümə axşamı Trend ə Rauf Arifoğlu məlumat verib.

Millətçi təşkilat kimi tanınan Müsavat Partiyası oktyabrın 18-də ALDİPİ-nin Almaniyada keçirilən qurultayında öz müraciəti əsasında bu quruma üzv qəbul edilib. Partiyanı Milli Məclisdə təmsil edən deputat Nəsib Nəsibli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qərarın yanlış olduğunu bildiriblər. Onlar ALDİPİ-nın mahiyyəti ilə müsavatçılığın mahiyyəti, hazırkı proqramı, Müsavatın tarixi irsi və məramnaməsinin bir araya sığmadığı iddia ediblər.

Arifoğlunun sözlərinə görə, o, Müsavatın Liberal İttifaqa qoşulması ilə bağlı etirazını Qəmbərə çatdırıb, təklif edib ki, partiya həmin qurumdan çıxsın. "İsa Qəmbər də öz fikirlərini bildirdi və mövqeyini bununla əsaslandırdı ki, Liberal İttifaqa qoşulmaq partiyaya fayda verəcək. Sonda hər ikimiz öz mövqeyimizdə qaldıq"-deyə Arifoğlu bildirib.

Onun sözlərinə görə, bu məsələdə başqanla fərqli mövqelərdə olmalarına baxmayaraq, Müsavat Partiyası üzvlüyündə qalacaq.

Arifoğlu Qəmbərin,"Yeni Müsavat" qəzetinə, Partiyanın qərargahını tərk etməyi tələb etməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib.

Xəbər lenti

Xəbər lenti