...

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan xalqı üçün fəxrdir- Rusiya senatoru

Siyasət Materials 11 Dekabr 2007 16:27 (UTC +04:00)
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan xalqı üçün fəxrdir- Rusiya senatoru

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycanın eks -prezidenti Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan xalqı üçün fəxrdir. Belə bir fikirlə RF-nin YUNESCO məsələləri üzrə komissiyasının sədri, senator Aleksandr Dzasoxov çərşənbə axşamı Heydər Əliyevin xatirə gününə təsadüf edən Bakı-Moskva telekörpüsü zamanı çıxış edib.

Dzasoxov Azərbaycanın ümummilli liderini general de Qoll, Misirin eks-prezidenti Nasir və Atatürklə müqayisə edib.

"Azərbaycanın böyük oğlu Heydər Əliyev hər an Azərbaycan xalqı ilə olub" - deyə senator bildirib.

Dzasoxov Heydər Əliyevlə çalışmış şəxs kimi, görkəmli siyasətçi və insan haqqında xatirlələrini bölüşüb, onları birləşdirən dostluq barədə danışıb.

Heydər Əliyev 1969-cu ilin iyul ayından Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çalışıb, eyni zamanda, 1986-cı ildən SSRİ-nin Sosial İnkişaf üzrə Nazirlər Soveti Bürosunun sədri olub. 1990-cı ilin yanvarında Əliyev Azərbaycan SSR-in Moskva nümayəndəliyinə gələrək, Qarbaçov əleyhinə kəskin nitqlə çıxış edib.

1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

1993-cü ilin yayında Bakıda prezident Əbülfəz Elçibəyə qarşı yönəlmiş qiyam başlandı. Heydər Əliyevi Bakıda xalq kütlələri qarşıladı.

Prezident Elçibəy Naxçıvana qaçdı. Əliyev dərhal Ali Məclisin sədri seçildi, oktyabr ayında isə, Azərbaycan prezidenti oldu.

1990-cı illərin əvvəllərində prezident Heydər Əliyev infarkt keçirdi. 1999-cu ildə prezidentin aorto-tac damarlarında əməliyyat aparılıb. Əməliyyat Amerikanın Ohayo ştatında Klivlend şəhərinin klinikasında aparılıb. 2003-cü ildə prezident ABŞ-ın klinikalarından birində vəfat edib. Prezident burada prostat vəzisində əməliyyat olunub.

Xəbər lenti

Xəbər lenti