...

Prezident İlham Əliyev Belarusun müdafiə naziri Leonid Maltsevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 18 Dekabr 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Prezident İlham Əliyev dekabrın 18 - də Prezident sarayında Belarusun müdafiə naziri Leonid Maltsevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Belarusun müdafiə nazirinin ölkəmizə bu səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Maltsev iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə nazirlikləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Belarusun müdafiə naziri Azərbaycana səfərinin müdafiə nazirlikləri arasında əməkdaşlığımızın inkişafına xidmət edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti