...

Bakılılar paytaxtın yeni görünüşü barədə nə düşünürlər?

Siyasət Materials 30 Dekabr 2007 15:17 (UTC +04:00)
Bakılılar paytaxtın yeni görünüşü barədə nə düşünürlər?

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova. D.Babayeva/

Trend Bakı sakinləri arasında paytaxtın yeni görünüşü haqqında sorğu keçirib

Təranə Qulieva (50 yaş) - 2007-ci ildə Bakı müsbət istiqamətdə çox dəyişib. Yeni fəvvarələr, parklar, yeni tikililər, yeni il şənliklərinin yüksək səviyyədə keçirilməsi bizi çox sevindirir. Xüsusilə də uşaqlar şadlanır. Şəhər rəngarəng olub.

Ceyran Rüstəmova (14 yaş) - Bakıda çox dəyişikliklər baş verib. Bulvarda yeni lazer və musiqili fəvvarələr mövcuddur. Əylənmək üçün daha çox şərait yaranıb, Bakı tanınmaz olub.

Sevinc Məmmədova (35 yaş) - Bakıda yeni parkların və əyləncə yerlərinin açılması məni çox sevindirir. Xüsusilə Yeni il öncəsi Bakı daha gözəl və işıqlı olub.

Fidan (8 yaş) - Mənim əsasən bulvar xoşuma gəlir. Orada yeni yelləncəklər, fəvvarələr açılıb. Tez-tez ailəmizlə bulvarda gəzişirik. Orada uşaqlar üçün daha çox əyləncə var.

Lalə (7 ya) - Bakı mənim çox xoşuma gəlir. İndi o, daha gözəl olub. Mənim əsasən yeni parklar xoşuma gəlir.

Abbas Əhmədov (43 yaş) - Mən deyərdim ki, Bakıda qlobal dəyişiklik baş verib. Bakının abadlaşması və yeni istirahət yerlərinin açılmasını buna misal göstərmək olar. Artıq Yeni ilə bir ay qalmış bayram əhval-ruhiyyəsi hiss olunurdu.

Sona Babayeva (78 yaş) - Olduqca çox dəyişikliklər baş verib, hazırda yeni binalar tikilir. Paytaxtı ən müasir şəhərə çevirməyə səy göstərənlərin hamısına təşəkkürümü bildirirəm. Bakı hələ heç vaxt belə qəşəng olmayıb.

Bahadur (48 yaş) - Şəhər çox dəyişib: gəzirəm və xoşlanıram. Yeni binalar Bakının görünüşünü korlamır. Sökülməsi vacib olan çox binalar var, lakin qədim görkəmi olan binaları saxlamaq lazımdır. Mən çoxdandır Bakının mərkəzində olmamışdım, indi mənə elə gəlir ki, yeni şəhərdə gəzirəm.

Rəşad Yolçuyev (17 yaş) - Bakıda əsas dəyişikliklər - yeni körpülərin, yolların və keçidlərin tikilməsidir. Şəhərin işıqlandırılmasından xoşlanıram. Bakı xüsusilə gecələr gözəl olur. O zaman bütün fənərlər yanır.

Qar Qız - Yeni parklar, yeni tikililər Bakının görünüşünü yaxşı istiqamətə dəyişib. Gəzmək üçün olduqca çox yerlər mövcuddur.

Qar Adam kostyumunda adam - Olduqca çox dəyişikliklər olub. Yeni parklar açılıb, yollar genişləndirilb, körpülər salınıb. Bakı ən gözəl, mehriban və müasir şəhərdir . Mən bizim Bakını çox sevirəm.

Xəbər lenti

Xəbər lenti