...

Prezident İlham Əliyev Azadlıq meydanı–Zığ dairəsi avtomobil yolu və yeni salınan beton örtüklü Zığ dairəsi–Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolunun tikintisinin gedişi ilə tanış olub

Siyasət Materials 8 Fevral 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , Prezident İlham Əliyev cümə günü beynəlxalq standartlara uyğun yenidən qurulan Azadlıq meydanı-Zığ dairəsi avtomobil yolu və yeni salınan beton örtüklü Zığ dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolunun tikintisinin gedişi ilə tanış olub. Prezident İlham Əliyevə məlumat verilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığında Azadlıq meydanı-Zığ dairəsi avtomobil yolunun səkkiz cərgəsindən dördü avtomobillərin sürətli hərəkəti üçün nəzərdə tutulur. Hər iki tərəfdən genişləndirilən bu yolun üzərində üç yol qovşağı tikiləcək. Yolun davamı kimi salınan Zığ dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolu beton örtüklüdür. Prezident İlham Əliyev Zığ dairəsində aparılan işlərin gedişi ilə tanış olub. Dünyadakı ən qabaqcıl texnologiya əsasında tikilən bu yolun eni 26 metr, uzunluğu isə 17 kilometrdir. edir. Yol boyunca ən müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılır. Ölkə başçısı avtomobili özü idarə edərək, yolun digər hissəsinə gəlib. Azərbaycan inşaatçılarının Almaniyanın "Günter Papemburq" şirkətinin mütəxəssisləri ilə birgə çalışdıqları yolda beş yerdə körpü inşa edilir.Belə yollar yalnız dünyanın ən inkişaf etmiş ölkələrində istismardadır və ən son texnologiyaya əsaslanır. Prezident İlham Əliyevə Baku Siti (Baku city) layihəsi barədə də geniş məlumat verilib; layihə müasir şəhərsalma imicinin formalaşdırılması məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti