...

Müxalifət mərkəzinin formatı dəyişdirilib

Siyasət Materials 22 Fevral 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı 22 fevral / Trend müxbir C.Babayeva/ 18 müxalifət partiya birliyinin yeni qurumu kimi təqdim olunan Demokratik Seçki Mərkəzinin (DSM) əsasnaməsi cümə günü bu birliyə daxil olan doqquz partiya tərəfindən qəbul olunub. Bu barədə cümə günü Trend ə Mərkəzdə təmsil olunan Azadlıq partiyasının sədri Əhməd Oruc məlumat verib.

Orucun sözlərinə görə, bundan sonra DSM Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyasının mərkəzi kimi fəaliyyət göstərəcək.

"Əsasnamənin son variantı fevralın 25-də DSM-in təşkilatçılığı ilə keçiriləcək Qarabağ forumunda təsdiq olunacaq" - deyə Oruc bildirib.

Keçən ilin dekabrında Azərbaycanın 18 müxalifət partiyası əməkdaşlıq barədə saziş imzalayıb. Sazişi "Bizim Azərbaycan" blokuna daxil olan səkkiz partiya, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Sosial-Demokrat, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Azadlıq, Milli-Demokrat, Ədalət, Ümid partiyaları və Azərbaycan Yolu Siyasi Hərəkatı imzalayıb. Yanvarın 30-da saziş imzalayan partiyaların doqquzu - Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbacyan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyası Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti