...

Azərbaycanın müxalifət partiyası mitinqdə kütləviliyi təmin etmək iddiasındadır

Siyasət Materials 30 Aprel 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın müxalif Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər hesab edir ki, partiya mayın 4-də keçirəcəyi mitinqə kifayət qədər insan yığa biləcək. "Müsavat Partiyası kifayət qədər sosial bazaya malikdir və mitinqlərində də öz tərəfdarlarına arxalanır" çərşənbə günü Trend a Əkbər bildirib.

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) hesab edirlər ki, Müsavatın mitinqi effektli olmayacaq.

"Müsavat Partiyasının mitinqi ya baş tutmayacaq, ya da çox effektsiz olacaq, çünki partiyanın sosial bazası zəifdir" çərşənbə günü jurnalistlərə YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Müsavat Partiyası ölkədə bahalaşmanın qarşısının alınması, əhalinin mülkiyyət hüququnun təmin olunması, ölkədə azad seçki keçirilməsi tələbləri ilə mayın 4-də Bakıda mitinq keçirməyə hazırlaşır.

Əkbər deyib ki, hakimiyyət Müsavat Partiyasının kifayət qədər sosial bazaya malik olduğunu yaxşı bilir. Onun sözlərinə görə, hakimiyyət məhz müxalifətin gücünü, cəmiyyətdən dəstəyini bildiyi üçün onun kütləvi tədbirlər keçirməsinə şərait yaratmır.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya hazırda beş nəfər deputatla Parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti