...

Kurban-hait Özbəkistanda ümumilli bayram kimi qeyd olunacaq

Siyasət Materials 1 Dekabr 2008 19:13 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 01 dekabr / Trend , müxbir T.Jukov/ Özbəkistan prezidenti İslam Kərimov Kurban-hait-in respublikada bayram olunması ilə bağlı qərar imzalayıb, - Trend - a dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

Özbəkistan Müsəlmanları İdarəsinin Kurban-hait-in ilk gününün dekabrın 8-nə təsadüf etməsilə bağlı bəyanatlarını nəzərə alaraq, prezident bu günü istirahət günü elan edib və onun ölkədə bayram kimi geniş qeyd olunmasına dair sərəncam verib.

Hər il Özbəkistanda dekabrın 8-də Konstitusiya günü qeyd olunur.

"Nuroniy" Respublika Fondu, "Kamolot" Gənclər İctimai Hərəkatı və digər ictimai qurumlara "Kurban-hait -in qeyd olunması ilə bağlı bütün tədbirləri mütəşəkkil şəkildə və yüksək səviyyədə, özbək xalqının milli dəyərlərinə uyğun olaraq həyata keçirmək" həvalə olunub.

Özbəkistan Milli Teleradio Şirkətinə, Milli İnfolrmasiya Agentliyinə və digər kütləvi informasiya vasitələrinə bayram tədbirlərini geniş işıqlandırmaq tapşırılıb.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti