...

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirən dəstə üzvləri tutulub

Siyasət Materials 16 Yanvar 2009 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir S. Kazımlı / İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirən dəstə üzvləri yaxalanıb. Araşdırma zamanı dəstə üzvlərindən gizlətdikləri külli miqdarda narkotik maddələr aşkar edilərək götürülüb, cümə günü Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

DİN-dən bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi, Biləsuvar rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zəhmətabad kənd sakinləri Vaqif Süleymanov və Vüsal Binyətov 5 kiloqram heroini İran İslam Respublikasından respublikamıza keçirərkən tutulublar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Süleymanovun həmkəndlisi Vüqar İsmayılovla birgə Səmədabad kəndi ərazisində gizlətdikləri 33 kiloqram 70 qram həşiş, 520 qram heroin və 180 qutu təsiredici həblər aşkar edilərək götürülüb. İsmayılovun tutulması üçün tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti