...

BMT qarşıdakı beş ildə Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək

Siyasət Materials 24 Fevral 2009 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir E.Rüstəmov / Bu il BMT Azərbaycan höküməti ilə birlikdə qarşıdakı beş il ərzində BMT-nin Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərini müəyyən edəcək yeni strateji sənədi hazırlayacaq.

Bu sənədi UNDAF adlandırırlar. Proqram 2011-2015-ci illəri əhatə edir. "Azərbaycanda inkişafa yardım üzrə BMT sənədi milli prioritetlərə söykənəcək", - çərşənbə axşamı jurnalistlərə BMT-nin Azərbaycandakı rezident-koordinatorunun ictimaiyyətlə əlaqələr və informasiya məsələləri üzrə müşaviri Fərqan Abbaszadə deyib.

Azərbaycan 1992-ci ilin martından BMT-nin üzvüdür. Həmin ilin may ayından isə təşkilat yanında daimi nümayəndəlik fəaliyyət göstərir.

BMT 2009-cu ildə Azərbaycanda, təşkilatın "Minilliyin İnkişaf Hədəfləri" proqramı üzrə əhalinin maarifləndirilməsinin yüksəldilməsinə həsr olunmuş tədbirlər tsikli keçirməyi planlaşdırır.

BMT-nin 2000-ci ildə Nyu-Yorkdakı sammitində BMT-yə üzv ölkələrin yeni minilliyin başlanğıcında inkişaf sahəsində əsas öhdəliklərini müəyyən edən deklarasiya qəbul edilib.

Azərbaycanda ölkənin müxtəlif regionlarında 9 "dəyirmi masa" keçiriləcək. Onlar minilliyin ayrı-ayrı inkişaf hədəflərinin həyata keçirilməsinin müzakirəsinə həsr olunacaq. Birinci dəyirmi masanın martın 5-də Qubada keçirilməsi planlaşdırılır. Bu "dəyirmi masa" ev zorakılığına həsr olunub. Mövcud problemlər və onların həlli yolları müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti