...

Azərbaycan və Latviya əməkdaşlıq perspektivlərini nəzərdən keçirəcək – səfir

Siyasət Materials 3 Mart 2009 09:08 (UTC +04:00)
Azərbaycan və Latviya əməkdaşlıq perspektivlərini nəzərdən keçirəcək – səfir

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir N. Abdullayeva / Latviya prezidenti Valdis Zatlers Bakıda Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin gələcək inkişaf məsələlərini müzakirə edəcək. Bu barədə Trend -a bazar ertəsi Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov məlumat verib.

Diplomatik missiya rəhbərinin Riqadan telefonla verdiyi məlumata görə, səfər zamanı siyasi, iqtisadi, enerji, humanitar sahələrdə bir sıra məsələlərin müzakirə olunacağı gözlənilir.

Səfir bildirib ki, Latviya prezidentinin səfərinədək bu ölkənin xarici işlər naziri Maris Riekstinşa Azərbaycana gələcək.

"Latviya və Azərbaycan arasında ənənə mövcuddur - prezidentlərin səfərləri biznes-forumlar ilə müşaiyyət olunur, - deyə Zülfüqarov bildirib. - Səfər zamanı prezidenti Latviyanın iqtisadiyyat sahəsini təmsil edən nümayəndə heyətinin də müşayiət edəcəyi istisna olunmur".

Səfir bildirib ki, diplomatik kanallar vasitəsilə səfərlərin tarixləri dəqiqləşdirilir. Hər iki səfər ilin birinci yarısında həyata keçiriləcək.

Latviyanın Azərbaycandakı səfirliyindən əvvəllər Trend -a verilən məlumata görə, xarici işlər naziri və prezidentin səfərləri cari ilin yazına təyin edilib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci il ərzində Azərbaycan və Latviya arasında mal dövriyyəsi 7857,9 min dollar təşkil edib. Bu göstəricinin 3974, 6 min dolları ixracın, 3883, 3 min dolları isə idxalın payına düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti