...

Azərbaycanda istintaq təcridxanasında saxlanılan məhkumun torpaqda gizlətdiyi odlu silah tapılıb

Siyasət Materials 4 Mart 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend ,müxbir K.Zərbalıyeva / Azərbaycanda istintaq təcridxanasında saxlanılan məhkumun torpaqda gizlətdiyi odlu silah tapılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlqələr şöbəsindən çərşənbə günü Trend -a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş və 1 saylı İstintaq Təcridxanasında saxlanılan 40 yaşlı Bakı şəhər sakini Aslan İslamov ətrafinda aparılmış əməliyyat tədbiri nəticəsində onun tərəfindən Puta qəsəbəsi ərazisində torpağa basdırılmış AKM markalı avtomat və dolu avtomat darağı aşkar edilib.

Əməliyyat tədbirləri İslamovun iştirakı ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Penitensiar Xidmətin əməkdaşları tərəfindən aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İslamov hazırda Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixatrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddəsi ilə ittiham olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti