...

Azərbaycan Mərkəzi Seçki Komissiyasında referendumu izləyəcək 132 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Siyasət Materials 11 Mart 2009 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) referendumu izləyəcək 132 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

"AŞ PA və MDB Parlament Assambleyası hərəyə - 9, MDB İcraiyyə Komitəsi - 42, Avropa Şurası - 1, ABŞ-ın Azərbaycandakı səfirliyi - 19, Rusiya səfirliyi - 18, Böyük Britaniya səfirliyi - 14, Norveç səfirliyi - 6, İtaliya və Almaniya - 3, Bolqarıstan və Fransa - 2, Polşa - 1, Seçki Sistemləri üzrə Beynəlxalq Fond (İFES) - 3 müşahidəçi ilə təmsil ediləcək", - çərşənbə günü Trend -a MSK-nın mətbuat katibi Azər Sarıyev deyib.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

MSK-da 2149 yerli müşahidəçi qeydiyyatdan keçib.

Sarıyevin sözlərinə görə, MSK-da beynəlxalq müşahidəçilərin qeydiyyatı davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti