...

AVCİYA səhər saatlarında Azərbaycan seçicilərinin referendumda fəal iştirak etdiklərini qeyd edir

Siyasət Materials 18 Mart 2009 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , Z.Əhmədova /

Azərbaycanda VətəndaşCəmiyyətinin İnkişafına Yardim Assosiasiyası (AVCİYA)  səhər saatlarında seçicilərin ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda fəal iştirak etdiyini qeyd edir.

Bakının 26 saylı Sabunçu Dairə Seçki Komissiyasının 13 saylı seçki məntəqəsində seçicilərin 23 faizi səsvermədə iştirak edib. Bu barədə AVCİYA-nın seçki qərərgahından Trend -un müxbiri xəbər verir.

Paytaxtın 34 saylı Xətai Dairə Seçki Komissiyasının 4 saylı saçki məntəqəsində seçicilərin iştirakı 18 faiz təşkil edib.

Bakının Nəsimi rayonunun 173 saylı orta məktəbində yerləşən seçki dairəsində bir qanun pozuntusu qeydə alınıb. Burada üç seçki məntəqəsinə bir nəzarətçi təyin edilib. Halbuki, qanunvericiliyə əsasən, hər seçki məntəqəsinə bir nəzarətçi təyin olunmalıdır.

Qanun pozuntusu dərhal aradan qaldırılıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Xəbər lenti

Xəbər lenti