...

NATO-nun yeni Baş katibinin seçimi məsələsi uzana bilər – Almaniyanın müdafiə naziri

Siyasət Materials 4 Aprel 2009 14:46 (UTC +04:00)

Fransa, Strasburq, 03 aprel / Trend , müxbir A.Məhərrəmli /

NATO-nun yeni Baş katibi postuna namizədin seçilməsi məsələsi uzana və sonrakı günlərə saxlanıla bilər. Fransanın "Le Figaro" qəzetinin məlumatına görə, bu fikirləri Almaniyanın müdafiə naziri Frans Yozef Yunq deyib. Almaniyalı nazir qeyd edib ki, mən bu fərziyyəni istisna etmirəm. Biz məsələnin həllinə bu gün də və ola bilsin ki, gələn günlərdə də nail olmağa səy göstərəcəyik. Mən hesab edirəm ki, öndə gələn namizəd üzərində razılığa gəlmək üçün səylərimizi davam etdirəcəyik.

Digər tərəfdən ABŞ tərəfi bildirib ki, "alyansın Baş katibi postuna yeni namizədlə bağlı razılığa gəlməkdə tələskənlik görmür ".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti