...

İran mənşəli ABŞ jurnalistinin işinə yenidən baxılacaq

Siyasət Materials 20 Aprel 2009 15:43 (UTC +04:00)
İran mənşəli ABŞ jurnalistinin işinə yenidən baxılacaq

8 il müdətinə həbs cəzası alan İran mənşəli ABŞ jurnalisti Roksana Saberinin işinə yenidən baxılacaq.

Casusluqda ittiham olunan Saberinin işinə yenidən baxılması ilə bağlı üçün Tehranın baş prokuroru Əlirza Əvai yazılı şəkildə əmr verib.

"İran ədliyyə naziri Mahmud Haşimi Şahrudi məhkum olunmuş jurnalistin işinə yenidən və tez bir vaxtda baxılmasını əmr edib", - Ədliyyə Nazirliyinin əməkdaşı Əlirza Cəmşidi mətbuat konfransı zamanı bildirib. İRNA agentliyi xəbər verir.

Altı il İranda işləyən 31 yaşlı jurnalist Saberi, üç ay öncə şərab alarkən Tehranda saxlanılıb. Sonra o, jurnalist lisenziyasının qeyri-qanuni uzadılmasında, daha sonra isə casusluqda ittiham edilib. İki gün öncə keçirilən məhkəmə iclası zamanı İran mənşəli ABŞ jurnalisti Saberi 8 illik həbs cəzasına məhkum edilib.

İran Prezidenti Mahmud Əhmədinejad məhkəmə orqanlarını Saberinin işinə yenidən baxmağa çağırıb. ABŞ Prezidenti Barak Obama jurnalistin casus olmadığına əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti