...

Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrləri və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 24 Aprel 2009 16:16 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayzanı (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti