...

İtaliyanın xarici işlər naziri bu gün İrana səfər edəcək

Siyasət Materials 20 May 2009 11:50 (UTC +04:00)

İtaliyanın xarici işlər naziri Franko Frattini bu gün İranın rəsmi şəxslərini "böyük səkkizli"yin xarici işlər nazirlərinin Əfqanıstan üzrə geniş tərkibli görüşündə iştirak etməyə dəvət etmək üçün Tehrana səfər edəcək. Xəbəri İran televiziyası yayıb.

Frattini ikigünlük səfər çərçivəsində İranın nüvə məsələsi və regional problemlər üzrə müzakirələrində iştirak edəcək.

"Böyük səkkizli"yin xarici işlər nazirlərinin görüşü iyunun 25-27-də İtaliyanın Triest şəhərində keçiriləcək. Bu barədə Taormində G8-in siyasi direktorlarının görüşünün yekunu üzrə İtaliyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən "Vzqlyad" qəzeti xəbər verib.

Triest İtaliyanın Adriatikdə yerləşən əsas limanlarından biridir. Bu şəhərdə tez-tez mühüm beynəlxalq görüşlər keçirilir.

Xəbər lenti

Xəbər lenti