...

İran İnqilab Qvardiyası Musəvini məhkəməyə verməklə hədələyib

Siyasət Materials 12 İyun 2009 16:42 (UTC +04:00)
İran İnqilab Qvardiyası Musəvini məhkəməyə verməklə hədələyib

İran İnqilab Qvardiyası (Sepah) prezidentliyə namizəd Mir Hüseyn Musəvini məhkəməyə verməklə hədələyib. Bu barədə "Deutsche Welle" xəbər verib.

Musəvi İranın ali lideri Əli Xameneyiyə göndərdiyi dünənki məktubunda Sepahın bir neçə komandirinin seçki prosesinə müdaxilə etməsi faktı ilə bağlı məlumat verib.

Bu gün Sepah Musəvinin sözlərini təkzib edən məlumat yayaraq qeyd edib ki, təşkilata ünvanlanan ittihamlar yalandır və bununla əlaqədar olaraq təşkilat Musəvini məhkəməyə vermək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti