...

Maykl Ceksonun cənazəsi ailəsinə verilib

Siyasət Materials 27 İyun 2009 12:04 (UTC +04:00)
Maykl Ceksonun cənazəsi ailəsinə verilib

"Cümə gününə keçən gecə 50 yaşında vəfat edən "pop musiqinin kralı" Maykl Ceksonun cənazəsi ailəsinə verilib", - şənbə günü Associated Press məlumat verir.

"Müğənnin cənazəsi polisdə olub. Cəsədin yarılması nəticəsində heç bir zor tətbiqi izi aşkar olunmayıb", - mətbuat konfransında Los-Ancelesin koroneri Kreyq Harvi bildirib. Bu barədə RİA Novosti yazır.

Maykl Cekson musiqi tarixində ən uğurlu müğənnilərdən biridir və məhz bu səbəbdən də "pop musiqinin kralı" titulunu qazanıb. Onun "Thriller" albomu bütün xalqların və zamanların ən çox satılan albomu kimi Ginnesin "Rekordlar kitabı"na düşüb.

Son zamanlar əsasən əlil kreslosunda görünən Cekson, bu yay Londonda konsert verməklə fəal surətdə musiqi fəaliyyətinə qayıdışını qeyd etmək istəyirdi.

Xəbər lenti

Xəbər lenti