...

Azərbaycan Prezidenti ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

Siyasət Materials 2 İyul 2009 18:12 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Dora Bakoyannisi qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Əvvəlcə İlham Əliyevin Yunanıstanın xarici işlər naziri xanım Bakoyannis ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, ikitərəfli əlaqələrimizin perspektivləri müzakirə edilib.

Sonra görüş geniş tərkibdə davam etdirilib. Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti