...

Azərbaycan paytaxtında vətəndaşların etimadını qazanaraq külli miqdarda pul alan şəxsin axtarışına başlanılıb

Siyasət Materials 25 İyul 2009 14:23 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend News-a bildiriblər ki, 2004 və 2007-ci illər ərzində Veysəl Quliyev adlı şəxs Bakı şəhər sakinləri Rafail Tahirovun, Pərviz Mustafayevin və Çingiz Bayramovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 12.000, 104.000 dollar və 17.000 manat alıb.

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycan paytaxtında vətəndaşların etimadını qazanaraq külli miqdarda pul alan şəxsin axtarışına başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend -a bildiriblər ki, 2004 və 2007-ci illər ərzində Veysəl Quliyev adlı şəxs Bakı şəhər sakinləri Rafail Tahirovun, Pərviz Mustafayevin və Çingiz Bayramovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 12.000, 104.000 dollar və 17.000 manat alıb.

Faktla əlaqədar iyulun 24-də paytaxtın Səbail rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. Hazırda polis tərəfindən Quliyevin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti