...

Azərbaycan müxalifətinin yeni birliyi yaranacaq

Siyasət Materials 26 Oktyabr 2009 14:12 (UTC +04:00)
“Müsavat Partiyasının cəhdləri hesabına bir neçə müxalifət partiyasının təsis etdiyi hərəkat dağıldığından yeni birliyin yaranmasına ehtiyac var”, - bazar ertəsi Trend News-a “Qarabağ və Respublika Uğrunda Hərəkat”da təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Azərbaycan müxalifətinin yeni birliyi yaranacaq

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycan müxalifətinin yeni birliyi yaranacaq.

"Müsavat Partiyasının cəhdləri hesabına bir neçə müxalifət partiyasının təsis etdiyi hərəkat dağıldığından yeni birliyin yaranmasına ehtiyac var", - bazar ertəsi Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarındakı üzvlərinin geri çağırılmasını tələb edir. Ümid Partiyası isə Müsavat depuatat qrupu üzvlərinin mandatlarından imtina edəcəyi təqdirdə tələbin yerinə yetirələcəyini bəyan edib. Hər iki partiya arasında yaranan bu gərginlik hərəkat daxilində ciddi böhrana səbəb olub.

Cəlaloğlunun sözlərinə görə, yeni birlik 2010-cu ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıq ərəfəsində elan olunacaq. "Qarabağ və Respulika Uğrunda Hərəkat" dağılıdığından bələdiyyə seçkilərində birgə iştirak niyyətimiz baş tutmadı. Ona görə parlament seçkiləri ilə bağlı müxalifətin yeni birliyinin yaranmasına ciddi ehtiyac var", - partiya sədri əlavə edib.

Onun fikrincə, yeni birlikdə əməkdaşlığa ciddi yanaşan partiyalar təmsil olunmalıdır. "Bizim Müsavatla bundan sonrakı əməkdaşlığımız mümkün deyil. Amma maraqlarımız üst-üstə düşən digər bütün siyasi qüvvələrlə parlament seçkilərində birgə iştirakımız baş tuta bilər və düşünürəm ki, tezlliklə bu istiqamətdə məsləhətləşmələrə başalamaq olar", - Cəlaloğlu vurğulayıb.

Azərbaycanda parlament sekilərinin 2010-cu ilin payızında keçirilməsi nəzərdə tutulur.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti