...

Azərbaycanın XİN rəhbəri Tehranda viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etmək niyyətində deyil

Siyasət Materials 12 Dekabr 2009 12:54 (UTC +04:00)
Azərbaycan və İran arasında viza rejiminin sadələşdirilməsi məsələsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dekabrın 14-də Tehrana rəsmi səfəri zamanı keçiriləcək danışıqların gündəliyinə daxil deyil.
Azərbaycanın XİN rəhbəri Tehranda viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etmək niyyətində deyil

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanİran arasında viza rejiminin sadələşdirilməsi məsələsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dekabrın 14-də Tehrana rəsmi səfəri zamanı keçiriləcək danışıqların gündəliyinə daxil deyil. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov şənbə günü jurnalistlərə bildirib.

İran yeni ildən etibarən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləvğ edəcək.

Xələfovun sözlərinə görə, nazirin danışıqlar gündəliyinə Azərbaycan-İran münasibətləri, regional əməkdaşlığın aktual məsələləri daxildir. Azərbaycanın XİN rəhbəri Tehranda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri kimi komissiyanın fəaliyyəti ilə əlaqəli məsələləri müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti