...

Gürcüstanda gələn həftədən qripə yoluxma hallarının azalması gözlənilir

Siyasət Materials 15 Dekabr 2009 15:08 (UTC +04:00)
Gələn həftədən qripə yoluxanların sayı azalacaq, Tbilisi Səhiyyə və Sosial Müdafiə Xidmətinin rəhbəri Mamuka Katsarava bildirib. Mövsümi faktorlarla xarakterizə edilən qrip halları kəskin artımdan sonra azalacaq.
Gürcüstanda gələn həftədən qripə yoluxma hallarının azalması gözlənilir

Gürcüstan, Tbilisi, 15 dekabr / Trend , müxbir N. Kirtsxalia/

Gələn həftədən qripə yoluxanların sayı azalacaq, Tbilisi Səhiyyə və Sosial Müdafiə Xidmətinin rəhbəri Mamuka Katsarava bildirib. Mövsümi faktorlarla xarakterizə edilən qrip halları kəskin artımdan sonra azalacaq.

"Lakin fevralda infeksiyanın yayılmasının ikinci dalğası yenidən gözlənilir. Bu gün olduğu kimi, fevralda da səhiyyə müəssisələri buna tam hazır olacaqlar", - o qeyd edib.

Bu vaxta qədər Gürcüstanda AH1N1 virusuna rəsmi olaraq 563 nəfər yoluxub, onlardan beşinin vəziyyəti ağırdır, 1 nəfər ölüb.

Ölkədə epidemiya yalnız yoluxanların sayı ölkə əhalisinin 10%-dən artığını təşkil edəndə elan edilə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti