...

NATO Baş katibi Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyini bir daha təsdiqləyib - XİN

Siyasət Materials 26 Mart 2010 18:05 (UTC +04:00)
NATO-nun Baş katibi Anders Foq Rassmusen növbəti dəfə birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Prezident Мixail Saakaşvilinin alyansın Baş katibi ilə görüşünü şərh edərkən bildirib.
NATO Baş katibi Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyini bir daha təsdiqləyib - XİN

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirsxaliya/

NATO-nun Baş katibi Anders Foq Rassmusen növbəti dəfə birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Prezident Мixail Saakaşvilinin alyansın Baş katibi ilə görüşünü şərh edərkən bildirib.

"Görüş zamanı söhbət Gürcüstanın ərazi bütövlüyündən, həmçinin, Gürcüstanın alyansa inteqrasiyası prosesində NATO - Gürcüstan komissiyasından necə yaxşı istifadə olunmasından gedib",-  XİN rəhbəri deyib.

Onun sözlərinə görə, Rassmusen növbəti dəfə Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib və deyib ki, ölkənin NATO üzvü olmağa tam haqqı var.

Xəbər lenti

Xəbər lenti