...

Azərbaycan Prezidenti üç hakimin səlahiyyətlərinə xitam verib

Siyasət Materials 18 May 2010 23:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı birinci instansiya məhkəmələrinin bəzi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti üç hakimin səlahiyyətlərinə xitam verib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı birinci instansiya məhkəmələrinin bəzi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Sərəncama əsasən, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqlarına görə aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Cəmşid qızı Qəhrəmanova;
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov;
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Əlislam qızı Məmmədova.

Xəbər lenti

Xəbər lenti