• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Avropa Parlamenti Cənubi Qafqazda münaqişənin həlli üçün Avropa İttifaqını daha fəal iştiraka çağırıb

21 May 2010 12:30 (UTC+04:00)
  • 0
  • 0

Аzərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Ostapenko/

Avropa İttifaqının Cənubi Qafqazda mövqeyi üç sahədə cəmləşməlidir:

- münaqişənin həlli;

- demokratiyanın inkişafı, insan hüquqları və hüquqların üstünlüyü;

- iqtisadi əməkdaşlıq və sosial inkişaf.

Cümə axşamı Avropa Parlamenti tərəfindən qəbul olunmuş qətnamədə belə deyilir.

"Biz bəzən Cənubi Qafqazın Avropada yerləşdiyini unuduruq" , - deyə qətnamə layihəsinə hazırlaşan Avropa Parlamentinin deputatı Yevgeni Kirilov bildirib. - "Təhlükəsizliyin təminatı bu üç ölkənin inkişafına (Azərbaycan, Ermənistan, Gürcüstan) və vəziyyətin yaxşılaşmasına şərait yaradacaq; lakin Avropaya inteqrasiyada inkişafa nail olmaq üçün daha çox çalışmaq lazımdır".

"Azərbaycan, Gürcüstan, Ermənistan 2004-cü ildən bəri Avropanın mehriban qonşuluq siyasətində əməkdaşlıq edirlər, lakin regionda vəziyyət gərgin olaraq qalır", - qətnamədə deyilir. Avropa Parlamentinin üzvləri, həmçinin, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında Cənubi Qafqaz boru kəməri üzrə qazın Xəzərdən Qara dənizə nəqlində regionun böyük əhəmiyyətini qeyd ediblər.

Avropa Parlamentinin üzvləri Cənubi Qafqaz ölkələrinin energetika sahəsində Avropa İttifaqı ilə əməkdaşlığının möhkəmlənməsini dəstəklədiklərini bildiriblər və Aİ-ni "Nabucco" boru kəmərinin inşası ilə bağlı layihə üzərində səylə çalışmağa çağırıblar.

"Dondurulmuş müqavilə" iqtisadi və sosial inkişafa mane olur. Qətnamədə qeyd olunur ki, Avropa Cənubi Qafqaz regionu ilə əlaqələrdə mürəkkəb geosiyasi vəziyyətlə qarşılaşır ki, bu da birinci növbədə, Dağlıq Qarabağ və Gürcüstanda baş verən münaqişələr, həmçinin, Ermənistan və Türkiyə arasında gərgin münasibətlərlə bağlıdır.

Regionda münaqişəli vəziyyət qəbulolunmazdır; son zamanlar hərbi xərclərin artırılmasına və Azərbaycanın işğal altında olan ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasına səy göstərən Avropa Parlamentinin üzvləri belə hesab edirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Avropa Parlamentinin üzvü Kirilov qeyd edib ki, "Avropa İttifaqı hələ də kifayət qədər fəal deyil". 2008-ci ilin avqustunda Gürcüstanda baş verən münaqişə Cənubi Qafqaz regionunda problemin həllində Aİ-nin fəal iştirakının vacibliyini göstərdi.

Gürcüstana gəldikdə isə Avropa İttifaqı mayın 30-da ölkədə keçiriləcək seçkilərdə beynəlxalq seçki standartlarının yerinə yetirilməsi təminatı üçün tədbirlər görməyi təkid edir. Avropa Parlamentinin Xarici işlər komissiyası seçkilərin gedişatını müşahidə etmək üçün yeddi nəfərdən ibarət xüsusi nümayəndə heyətini Gürcüstana göndərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
Siyasət 12:35
Ombudsmanın 2017-ci il üzrə illik məruzəsi Milli Məclisdə dinləniləcək
Siyasət 11:55
Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
Siyasət 11:43
Kamran İmanov: Cümhuriyyətin süqutunda kommunist libasını geyinmiş erməni millətçiləri – daşnakların əli var idi
Siyasət 11:28
Almaniya Prezidenti: “Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq”
Siyasət 09:58
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Siyasət 08:00
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 19 Aprel 21:03
Prezident İlham Əliyev: Azərbaycan xalqı öz taleyinin sahibidir
Siyasət 19 Aprel 20:39
XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır (ÖZƏL) (VİDEO)
Siyasət 19 Aprel 18:31
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
Siyasət 19 Aprel 18:02
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub
Siyasət 19 Aprel 17:28
Marqvelaşvili: Azərbaycan xalqı öz ölkəsinin inkişafına, əmin-amanlığına, təhlükəsizliyinə və sabitliyinə səs verdi
Siyasət 19 Aprel 17:04
Azərbaycan Prezidenti: Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin NATO Baş Komandanı ilə Bakı görüşü beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək (YENİLƏNİB)
Siyasət 19 Aprel 16:19
Azərbaycan Prezidenti: Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin NATO Baş Komandanı ilə görüşünün Bakıda keçirilməsi ölkəmizə olan inamın göstəricisidir (YENİLƏNİB)
Siyasət 19 Aprel 16:13
Deputat: Prezidentin bu fərmanı dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi
Siyasət 19 Aprel 15:47
Prezident İlham Əliyev ABŞ-ın 41-ci Prezidenti Corc Buşa başsağlığı verib
Siyasət 19 Aprel 14:52
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 19 Aprel 14:46
Tahir Kərimli: Prezident İlham Əliyev çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi
Siyasət 19 Aprel 14:11
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter