...

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi münasibəti ilə ziyafət təşkil edildi

Siyasət Materials 25 May 2010 03:35 (UTC +04:00)
Cari ilin 24 may tarixində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi-Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən Nyu Yorkda rəsmi ziyafət təşkil edilmişdir. Bu barədə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin press-relizində deyilir.
Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi münasibəti ilə ziyafət təşkil edildi

Cari ilin 24 may tarixində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92 illiyi-Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən Nyu Yorkda rəsmi ziyafət təşkil edilmişdir. Bu barədə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin press-relizində deyilir.

Ziyafətdə BMT rəhbərliyinin nümayəndələri, BMT nəzdində fəaliyyət göstərən xarici dövlətlərin Daimi Nümayəndəliklərinin rəhbərləri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının rəhbərliyi, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti