...

Azərbaycanda gələn ay sağ-mərkəzçi müxalifət partiyalarının bloku yaradılacaq – partiya sədri

Siyasət Materials 27 İyul 2010 15:40 (UTC +04:00)
Azərbaycanda sağ-mərkəzçi müxalifət partiyalarının avqust ayında yeni bloku yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib.
Azərbaycanda gələn ay sağ-mərkəzçi müxalifət partiyalarının bloku yaradılacaq – partiya sədri

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda sağ-mərkəzçi müxalifət partiyalarının avqust ayında yeni bloku yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib.

"Parlament seçkilərinə birgə qatılmaq məqsədi ilə Böyük Quruluş (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) və Ədalət partiyalarının seçki blokunun yaradılması ilə bağlı danışıqlar davam etdirilir. Artıq ilkin razılaşmalar da var. Lakin müəyyən məsələrlə bağlı hələ ki razılıq əldə edilmədiyinə görə nəticələr barədə danışmaq tezdir. Yaxın iyirmi gün ərzində və ola bilsin ki, daha tez razılaşma əldə ediləcək", - Qəzənfəroğlu əlavə edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

BQP sədrinin sözlərinə görə, bloka müxtəlif adların verilməsi barədə təkliflər var və indi bu adların razlaşması üzərində danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti