...

Azərbaycan Prezidenti Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 15 Oktyabr 2010 02:35 (UTC +04:00)
Prezident İlham Əliyev oktyabrın 14-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib (FOTO)

RED: əlavəsi: şəkillər əlavə olunub

Prezident İlham Əliyev oktyabrın 14-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib, - məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, nazirliyin sifarişi əsasında tikilən mərkəzdə Avropada, o cümlədən, MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılıb.

Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında da olmuş, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanılmışdır.
Layihəyə əsasən kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir. Bazanın ərazisində abadlıq işləri aparılmış və istirahət guşələri yaradılmışdır. Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatası keçirilir.

Prezident İlham Əliyev hovuza, idman zalına, anqara, hakimlər qülləsinə, mehmanxanaya baxdı, motorlu qayıqda Kür çayının bu hissəsini gəzdi.

Sonra dövlətimizin başçısı idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti