...

Gürcüstanın NATO ilə münasibətlərdə heç bir problemi yoxdur – dövlət naziri

Siyasət Materials 15 Oktyabr 2010 12:24 (UTC +04:00)
Gürcüstanın NATO ilə münasibətlərdə heç bir problemi yoxdur. Bu barədə Baş nazirin müavini, Gürcüstanın Avropaya və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze bu gün bəyan edib.
Gürcüstanın NATO ilə münasibətlərdə heç bir problemi yoxdur – dövlət naziri

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın NATO ilə münasibətlərdə heç bir problemi yoxdur. Bu barədə Baş nazirin müavini, Gürcüstanın Avropaya və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze bu gün bəyan edib.

Bu gün o, üç gün ərzində Gürcüstanda səfərdə olan NATO qiymətləndirmə missiyasının nümayəndə heyətini Tbilis beynəlxalq aeroportundan yola salıb.

Missiya üzvləri Avropa və Avroatlantik Strukturlara İnteqrasiya Məsələləri Nazirliyi aparatında görüşlər keçiriblər. Milli illik planın icrasına yekun vurulub. Onlar, həmçinin, Tbilisidə milli illik planın reallaşdırılmasına cəlb olunmuş dövlət strukturlarının nümayəndələri ilə görüşüblər. Ölkədə demokratiyanın inkişafı məqsədilə aparılan islahatlar müzakirə olunub. Gürcüstanda milli illik planın qəbul edilməsindən sonra bu, qiymətləndirmə missiyasının ölkəyə ikinci səfəridir.

"Bir neçə həftədən sonra ekspertlər illik proqram çərçivəsində bizim səylərimizə qiymət verəcəklər və düşünürəm ki, onlar müsbət olacaq. Çünki Gürcüstan NATO standartlarına uyğunluğu təmin etmək üçün planda nəzərdə tutulan bütün işləri yerinə yetirib", - Baramidze bildirib.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili artıq noyabrda Lissabonda keçiriləcək NATO sammitinə dəvət alıb.

Xəbər lenti

Xəbər lenti